10 C
Baku
Friday, December 13, 2024

İndoneziya noyabrda Azərbaycan neftinin ən böyük müştərisi olub: Neftimizi kimlər alır?

Azərbaycan neftini 2022-ci ilin noyabrında cəmi 13 ölkə alıb.

Bu barədə Banker.az rəsmi statistik rəqəmlərə istinad edir.

2022-ci ilin noyabr ayında 11 mln. 923.89 min barel həcmində xam neft ixrac edilib və bu neftin ixrac dəyəri isə 1 mlrd. 138.95 mln. Dollar təşkil edib. Neftin hər barreli noyabrda 95.52 dollara satılıb. Bu öncəki ayda hər barrel üzrə orta ölçüdə  98.80 dollar idi.

İxrac edilmiş neftin böyük hissəsini, yaxud 19%-ni İndoneziya alıb. Ən böyük islam əhalisinə malik Cənubi-Şərqi Asiya ölkəsi təkcə noyabrda Azərbaycandan  2 mln. 237.89 min barrel həcmində xam nefti 224.02 mln. dollara alıb. İndoneziya 2022-ci ilin yay aylarında tankerlərlə Azərbaycandan neft almağa başlasa da, indiki qədər çox həcmi əhatə etmirdi. Artım əsasən oktyabrdan aylıq milyon barelin üzərinə çıxıb. Oktyabrda bu ölkə 1 mln. 695.86 min barel ($160.96 mln.) həcmində xam neftimizi almışdı.

Azərbaycanın ənənəvi ticarət tərəfdaşı İtaliyadan neft alışı bir qədər zəifdir. Lakin bu aylıq zəifdir. İllik İtaliya (62.91 mln. barel), İsrail (15.68 mln. barel) və Hindistan (14.7 mln. barel) ilk üçlüyü müvafiq sıralama ilə tuturlar.

2022-ci ilin noyabr ayında Azərbaycan neftini hansı ölkələr alıb?

 Miqdar: barel Dəyər: min $ bir barreli: $/bll
Cəmi   11,923,893   1,138,945.9 95.52
İndoneziya      2,237,886       224,024.1 100.11
Almaniya      1,969,934       183,421.9 93.11
İtaliya      1,943,199       189,065.2 97.30
Hindistan      1,012,110          76,868.6 75.95
Portuqaliya      1,011,790       100,791.2 99.62
İsrail          657,335          64,081.4 97.49
Çexiya          657,255          63,740.3 96.98
İrlandiya          645,159          62,689.1 97.17
Tunis          452,961          44,796.0 98.90
Türkiyə          447,007          44,136.9 98.74
Vyetnam          388,573          39,296.1 101.13
Malayziya          337,118          33,070.3 98.10
İspaniya          163,565          12,964.8 79.26

 

 

2022-ci ilin ilk 11 ayında Azərbaycan neftini hansı ölkələr alıb?

 Ölkə  Miqdar: barel Dəyər: min $
Cəmi    177,281,491.97 18318642.45
1 İtaliya      62,908,687.80 6452953.4
2 İsrail      15,678,032.34 1566905.92
3 Hindistan      14,702,781.02 1625428.01
4 Xorvatiya         8,454,158.91 952386.35
5 İspaniya         8,279,961.44 837264.87
6 Portuqaliya         7,438,416.38 742619.12
7 Böyük Britaniya         6,750,624.78 752508.07
8 Çexiya         6,653,816.06 722511.41
9 Almaniya         5,842,503.58 563706.6
10  İndoneziya         5,795,661.10 605892.08
11 Tunis         4,410,438.63 453210.72
12 Türkiyə         4,280,779.56 375428
13 İrlandiya         3,801,802.43 399044.29
14 Ukrayna         3,691,359.30 304578.84
15 Vyetnam         3,419,095.88 401083.36
16 Rumıniya         3,270,930.71 320061.2
17 Tailand         2,952,384.32 257211.41
18 Yunanıstan         1,983,915.40 212128.25
19 İsveçrə         1,930,865.49 232002.72
20 Avstraliya         1,140,287.22 138977.88
21  Tayvan (Çinin əyaləti)         1,009,981.75 115684.58
22 Avstriya            980,120.09 90016.75
23 Belarus            618,872.23 57590.07
24 Niderland            602,743.40 62240.63
25 Fransa            337,527.95 43447.48
26 Malayziya            337,117.67 33070.29
27 Rusiya                 5,180.64 419.99
28 Bolqarıstan                 3,433.66 268.72
29 Gürcüstan                       12.39 1.44

 

 

Son xəbərlər
Digər xəbərlər