28 C
Baku
Saturday, July 27, 2024

İndoneziya ölüm hadisəsindən sonra “AstraZeneca”nın istifadəsini dayandırdı

İndoneziyanın Səhiyyə Nazirliyi təxminən 450 min “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, bunun səbəbi peyvənd olunandan 11 gün sonra xəstələrdən birinin ölməsi olub.

Qeyd edildiyi kimi, 22 yaşlı gənc 5 may tarixində “AstraZeneca” ilə peyvənd olunub. Onun ailəsi qeyd edir ki, peyvənddən sonra baş ağrısı, yüksək hərarət və əzələ ağrısı kimi simptomlar olub. Bir gün sonra xəstənin vəziyyəti ağırlaşıb. Tibbi yardımın göstərilməsinə baxmayaraq, gənci xilas etmək mümkün olmayıb.

Nazirliyin sözlərinə görə, hal-hazırda “AstraZeneca”dan 448 480 doza peyvənd qalıb. Preparatın böyük hissəsi İndoneziya silahlı qüvvələrinin vaksinasiyası üçün göndərilib.
Ümimilikdə, 8 mart tarixindən İndoneziya “AstraZeneca”dan 6.4 milyon doza peyvənd alıb.

Son xəbərlər
Digər xəbərlər