30 C
Baku
Wednesday, September 11, 2024

İndoneziya şəhərinin meri Azərbaycana səfər edəcək

İndoneziyanın Boqor şəhərinin meri Bima Arya Azərbaycana işgüzar səfər edəcək.

İndoneziya KİV-inin verdiyi xəbərə görə, səfər martın 12-14-də baş tutacaq.

Qeyd olunur ki, işgüzar səfərin məqsədi “ASAN Xidmət”in təcrübəsi ilə tanışlıqdır. Belə ki, qonaqlar İndoneziyada mövcud olan oxşar xidmətin – “Public Servive Mall”ın (MPP) təkmilləşdirilməsinə çalışırlar.

Tərəflərin məlumat mübadiləsi və MPP ilə “ASAN Xidmət” menecerlərinin və digər əməkdaşlarının təlim imkanları barədə razılıq əldə edəcəyi gözlənilir.

©Report

Son xəbərlər
Digər xəbərlər