İndoneziya Kalimantanda yeni paytaxt şəhərinin tikintisinə təxminən 400 trilyon rupi (təxminən 2 milyard dollar) xərcləyəcək.
Maliyyə naziri Şri Mulyani İndravati bildirib ki, vəsait yeni şəhərdə əsas infrastruktur, ofislər, məktəblər və tibb müəssisələri, eləcə də təhlükəsizliklə bağlı məsələlər üçün xərclənəcək.
Qeyd edək ki, prezident Coko Vidodo 2019-cu ildə seçildikdən sonra paytaxtın köçürüldüyünü elan edib. Lakin pandemiya səbəbindən planlar təxirə salınıb. Hazırda paytaxtın köçürülməsi 2024-cü il üçün nəzərdə tutulub.
Hökumət ümid edir ki, bu qərar həddən artıq yüklənmiş, müntəzəm daşqınlardan əziyyət çəkən və qrunt sularına görə dünyanın ən sürətlə batan şəhərlərindən biri olan 10 milyonluq Cakartaya təzyiqi azaldacaq.
Əlavə edək ki, Cakartanın Şimal bölgələri çökmə səbəbindən ildə təxminən 25 sm su altında qalır.