12 C
Baku
Thursday, December 4, 2025

İndoneziyada daşqınların vurduğu ziyanın $4 milyardı keçə biləcəyi gözlənilir

Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində İndoneziyada iqtisadi itkilər təxminən 68,67 trilyon İndoneziya rupisi (4,1 milyard dollar) həcmində ola bilər. Bu barədə “The Jakarta Post” qəzeti İndoneziyanın İqtisadi və Hüquqi Tədqiqatlar Mərkəzinin (Celios) məlumatlarına istinadən bildirib.

Mərkəzin qiymətləndirməsinə görə, ziyanın həcmi Asiya respublikasının ümumi daxili məhsulunun (ÜDM) 0,29%-nə bərabərdir. Qeyd olunur ki, zərər çəkmiş bölgələrdə nəqliyyat əlaqələrinin pozulması ölkənin digər regionlarında da iqtisadi aktivliyin azalmasına səbəb ola bilər.

İndoneziyanın Milli Axtarış-Xilasetmə Agentliyi bildirib ki, təbii fəlakət artıq bir həftədən çoxdur bölgədə davam edən güclü yağışlar nəticəsində baş verib. Sel axınları yaşayış binalarına, yollara və infrastruktur obyektlərinə ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə girişini çətinləşdirib. Təbii fəlakət nəticəsində 800-dən çox insan həlak olub.

Son xəbərlər
Digər xəbərlər