10 C
Baku
Thursday, December 26, 2024

İndoneziyada “iPhone 16” smartfonlarının satışı qadağan olunub

İndoneziya hökuməti “Apple” şirkətinin ən son modellərdən olan smartfonlarının ölkədəki satışlarını bloklayıb.

“iPhone 16” smartfonlarının satışı ABŞ şirkətinin investisiya ilə bağlı tələblərə əməl etməməsi səbəbindən qadağan edilib.

Məlumata görə, qadağa “iPhone 16” smartfonlarının ölkə daxilində satışına aiddir və xaricdən alınan cihazlara, həmçinin “Apple” şirkətinin digər məhsullarına şamil edilmir.

İndoneziya Sənaye Nazirliyinin açıqlamasına əsasən, şirkət “iPhone 16” smartfonlarının satışına lisenziya almaq üçün ölkəyə 1,71 trilyon İndoneziya rupisi (108,7 milyon dollar) həcmində investisiya yatırmalıdır. Hazırda onların həcmi tələb olunandan 240 milyard rupi azdır.

Son xəbərlər
Digər xəbərlər