17 C
Baku
Cümə, Oktyabr 22, 2021

İndoneziyanın Müdafiə Nazirliyi “Zoom”dan istifadə etməyi qadağan etdi

indoneziyanın Müdafiə Nazirliyi öz işçilərinə “Zoom” platformasından istifadə etməyi qadağan edib. Bu qərarın əsas səbəbi xidmətin təhlükəsizliyi ilə əlaqədar yaranan problemlərlə bağlıdır.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Jakarta Post” məlumat verib.

“Biz bütün iş bölmələrini və bölmə rəhbərlərini Zoom-dan istifadə etməməyə çağırırıq”, – sənəddə deyilir.

Qeyd edildiyi kimi, “Zoom” platformasında onlayn görüş zamanı digər serverlərdə trafikin təkrarlanması baş verə bilər. Beləliklə, danışıqların məzmununun üçüncü şəxslərin əlinə düşməsi ehtimalı artır. Bununla əlaqədar olaraq, hal-hazırda nazirlik “Zoom” xidmətinə alternativ axtarır.

Son xəbərlər
Oxşar xəbərlər