8 C
Baku
Friday, December 13, 2024

İndoneziyanın yeni paytaxtı Nusantara adlanacaq

İndoneziyanın Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtı Nusantara (tərcüməsi – “arxipelaq”) adlanacaq.

Bu barədə milli inkişafın planlaşdırılması naziri Suxarso Monoarfa hökumətin ölkə paytaxtının köçürülməsi məsələsinə həsr olunan iclasında bildirib.

“Mən prezident Vidodonun təsdiqini və direktivini almışam, yeni paytaxt Nusantara adlandırılacaq”, -nazir belə deyib. Onun sözlərinə görə, bu ad İndoneziya hüdudlarından kənarda geniş tanınır və dövləti qısaca olaraq arxipelaq kimi səciyyələndirir.

Prezident Vidodo ölkəsinin paytaxtını Cakartadan köçürmək planını 2019-cu ildə elan edib. Bu məqsədlə 32 milyard dollara yaxın vəsait ayrılıb. Lakin koronovirus pandemiyası səbəbindən layihənin reallaşdırılması dayandırılıb, onu iki ildən sonra bərpa etmək planlaşdırılır.

İndoneziya dünyanın 18 min adadan ibarət ən böyük arxipelaqında yerləşir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər