20 C
Baku
Sunday, October 13, 2024

“İndyuşkin Dvor”un istehsalı olan dondurulmuş hinduşka əti məhsulunun idxalına qadağa qoyuldu

İdxalatçı şirkət “Lime and Co” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “İndyuşkin Dvor” MMC-nin istehsalı olan dondurulmuş hinduşka əti məhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq bildiriş göndərilib.

Son xəbərlər
Digər xəbərlər