Yaponiyanın “Infiniti” avtomobil şirkəti yeni nəsil “QX60” krossoverini təqdim edib. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Bildirildiyi kimi, avtomobil 3.5 litrlik 299 at gücündə olan benzin mühərrik və doqquz səviyyəli sürətlər qutusu ilə təchiz edilib. Bununla yanaşı, salona 13.3 düymlük virtual alətlər paneli, o cümlədən “Apple CarPlay” və Android Auto” texnologiyalarını dəstəkləyən multimedia sistemi quraşdırılıb.
“Infiniti QX60” adaptiv “cruise control” ilə təchiz edilib, hansıki lazımi döngəyə çatdıqda və ya magistral yoldan çıxdıqda sürəti azaltmağa və ya artırmağa imkan verir.
Yeni “Infiniti QX60” 2021-ci ilin sonuna satışa çıxarılacaq.
Xatırladaq ki, daha əvvəl “Infiniti QX80” modeli təqdim edilib. Bu avtomobil 5.6 litrlik 405 at gücündə benzin mühərriki və avtomatik sürətlər qutusu ilə təchiz edilib.