5 C
Baku
Saturday, December 14, 2024

“Infiniti”nin satışları 13 ölkədə dayandırılacaq

“Nissan”ın lüks avtomobil markası “Infiniti” Qərbi Avropa bazarından gedəcəkləri ilə bağlı açıqlama verib.

 2020-ci ildən etibarən markanın 13 Avropa ölkəsindəki satışları dayandırılacaq.

Şirkət isə açıqlamasında “Infiniti” və “Nissan”ın uzunmüddətli planlarını yenidən nəzərdən keçirdiyini bildirib. Həmçinin, növbəti illərdə Şimali Amerika bazarı üçün SUV modellərə üstünlük veriləcəyi və gələcək 5 ildə Çində beş yeni modelin satışa təqdim olunması ilə bağlı planların olduğu qeyd olunub.

Bununla bərabər, “Infiniti”nin elektrikli avtomobillərlə bağlı planları ilə əlaqədar olaraq 2021-ci ildən etibarən dizel ilə çalışan avtomobil satışını dayandıracağı deyilib.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər