12 C
Baku
Wednesday, December 11, 2024

İnflyasiya qarşıdakı günlərin ən aktual mövzusudur – Ərdoğan

İnflyasiya səbəbindən qiymət artımlarının yaratdığı problemlərin aradan qaldırılması qarşıdakı günlərin ən aktual mövzusudur.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.

“İndi seçki dövrü ilə bağlı bütün mübahisələri, münaqişələri bir kənara qoyub, milli məqsədlərimiz, milli arzularımız ətrafında birləşməyin vaxtıdır. İnflyasiya səbəbindən qiymət artımlarının yaratdığı problemlərin aradan qaldırılması qarşıdakı günlərin ən aktual mövzusudur. “, – deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildi.

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi. Seçkidə Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs topladı.

Xatırladaq ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib.

Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.

Son xəbərlər
Digər xəbərlər