5 C
Baku
Saturday, December 14, 2024

“İnflyasiya səviyyəsini aşağı salmaq çətin olacaq”

“Mövcud şəraitdə inflyasiya ilə mübarizə nə qədər vacib olsa da, onun səviyyəsini istədiyimiz qədər aşağı salmaq çətin olacaq”.

Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.

Komitə sədri qeyd edib ki, inflyasiyanın strukturunda idxalın rolu böyükdür: “Dünyada iqtisadi artımı zəiflədəcək anti-inflyasiya tədbirləri, xüsusilə monitor və fiskal siyasətin sərtləşdirilməsi böyük itkilərə səbəb olmaqdadır. Ona görə də istehsalla bağlı təklifin selektiv formada stimullaşdırılması, kütləvi istehlakın məhdudlaşdırılması üçün hibrid iqtisadi siyasətin aparılması vacibdir. Belə görünür ki, iqtisadi böhrandan qaçmağın düzgün yolu yüksək inflyasiya şəraitində iqtisadi artımın sürətləndirilməsi olacaq. Bunun üçün yeni dəyər yaradan əsas investiysa xərclərinin artırılmasını təklif edirik. Özəl sektorun imkan və bacarıqlarından daha çox istifadə olunmasını məqsədəuyğun hesab edirik”.

Deputat həmçinin bildirib ki, büdcə strukturuna nəzarətin, təhlilin asanlaşıdırılması üçün ilk öncə vahid büdcə sistemi təkmilləşdirilməlidir: “Büdcə planlaşdırılmasının struktural olaraq tam elektronlaşması vacibdir. Bu nəticə əsaslı büdcəyə keçid, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət baxımdan da vacib və vəzəedilməz addımdır. Müşahidələrimiz göstərir ki, insan faktorunun bu prosesdə həlledici olması bir çox texniki, qeyri-iradi səhvlərin yaranmasına səbəb olur. Fikrimizcə, bu səhvlərin aradan qaldırılması iqtisadi siyasətin səmərəliliyinə birbaşa təsir edəcək”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər