26 C
Baku
Saturday, April 20, 2024

İnflyasiya Türkiyə Mərəzi Bankı qarşısında 3 fərqli ssenari qoyub – Analitiklər deyir

Türkiyə Mərkəzi Bankının (TCMB) dünən açıqlanan inflyasiya göstəricisindən sonra dekabrın 14-də keçirəcəyi iclasda uçot dərəcəsini 0,75 faiz bəndi artıracağı gözlənilir. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu proqnozu ABŞ-ın “Morgan Stanley” bankının analitikləri verib.

İnflyasiyanın 12,98%-ə – son 14 ilin ən yüksək səviyyəsinə çatması TCMB-nin qarşısında növbəti iclasda 3 fərqli ssenari qoyub. Bunlardan birincisi, TCMB monetar siyasətdə heç bir dəyişiklik etməyəcək, tələbin yumşalması nəticəsində inflyasiyanın düşməsini gözləyəcək. Bankın əsasən üzərində durduğu ikinci ssenariyə əsasən, gec likvidlik pəncərəsi (hazırda 12,25%) 0,75 faiz bəndi artırılaraq digər monetar siyasət alətləri olan bir günlük maliyyələşmə və həftəlik repo faizləri sabit saxlanıla bilər. Ücüncü və ən real olmayan varianta görə isə, gec likvidlik pəncərəsi 2-3 faiz bəndi artırılacaq. “Morgan Stanley” qısamüddətli perspektivdə inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırdığı üçün bu variantda real faizlərin yüksələcəyi gözlənilir ki, bank bu variantı az mümkün hesab edir.

Xatırladaq ki, dekabrın 12-13-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) də növbəti iclası keçiriləcək. İclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılması gözlənilir.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər