10 C
Baku
Friday, December 13, 2024

İnflyasiyanın növləri və yaranma səbəbləri

İqtisadi nəzəriyyə inflyasiyanın müxtəlif tipologiyalarını fərqləndirir. Ən geniş yayılmış tipologiya qiymətlərin artım tempinə görə fərqləndirilmədir. Bura isə  mülayim (ildə 10%-ə qədər), ehtiyatlı (ildə 10%-dən başlayaraq) və hiperinflyasiya (bir neçə 10, 100 və hətta 1000%) aiddir. Hiperinflyasiya üzrə rekord göstəriciyə Zimbabve daxildir. Belə ki, 2008-ci ildə burada qiymətlərina rtımı 231 milyon % təşkil edirdi.

İnflyasiyanın yaranmasına əsas səbəb tələb və təklif arasında müxtəlif disbalansın olmasıdır. Tarazlığın pozulması isə dövriyyədə olan pul kütləsinin qəfil olaraq artması və yaxud kreditlərin həddindən artıq əlçatan olması ilə bağlıdır.

Qiymətlərin artımı idxal məhdudiyyətləri səbəbindən bazarda kifayət qədər təklifin olmaması, məhsul qıtlığı, xammalın dəyərinin artması və yaxud inhisarçıların məqsədli davranışları səbəbindən baş verə bilər. Bu böhrana misal olaraq ABŞ-ın 1970-ci illərdəki vəziyyətini göstərmək olar. Bu zaman dolların zəifləməsi yalnızca iqtisadi eniş səbəbindən deyil, neft qiymətinin qəfil olaraq artması ilə də bağlı idi. İnflyasiyanın yüksək tempi 1981-ci ilə qədər, yəni dövlətin sərt pul-kredit siyasəti həyata keçirməsinə qədər davam etmişdi.

İnflyasiyanın iqtisadiyyata və insanlara təsiri:

Yüksək inflyasiya şərtlərində istehsalçıların və istehlakçıların məhsula olan münasibəti dəyişir. Bu zaman əhalinin gəliri azalır, qənaət etmək çətinləşir. Dəyərdən düşən ehtiyat vəsaitləri isə xilas etmək üçün əhali əcnəbi valyuta, daşınmaz əmlak və yaxud məhsul almağa başlayır. Bu şərtlərdə biznes nümayəndələri istehsalatı genişləndirməkdə, uzun müddətli investisiya etməkdə və onu inkişaf etməkdə maraqlı olmurlar.

İqtisadiyyatın vəziyyətinə təsir edən digər amil inflyasiya gözləntiləridir. İnsanlar qiymətlərin növbəti artımını gözlədikdə, gəlirlərinin bir hissəsini bankda əmanət hesabına yatırmaq əvəzinə, dərhal olaraq əcnəbi valyuta almağa başlayır. Sahibkarlar da xammalın dəyərinin artmasına ümid edərək eyni cür hərəkət edirlər. Belə olduqda biznes üçün inflyasiya riskləri azalsa da, inflyasiyanın özü qiymətlərin artımı və tələbatın artması səbəbindən daha sürətli hal almağa başlayır.

İnflyasiya ilə mübarizə alətləri:

Dövlət sosial gərginliyi aradan qaldırmaq məqsədilə qismən qiymətləri endirir və  mənfi nəticələr əldə edir. Nəticədə müəssisələr zərərlə işləyə bilməyəcəklərindən bu dondurulmalar istehsalatı məhdudlaşdırır. Bu zaman bəzi məhsulların keyfiyyəti enir, bəzilərində isə defisit yaranır.

Bu vəziyyətlə üzləşəməmək üçün ən doğru addım istehsalatı subsidiya ilə təmin etmək –sahibkarlara qiymət artımı olmadan əvvəlki həcmdə və lazımi keyfiyyətdə məhsul istehsal etmək üçün pul yardımı etməkdir. Bu halda büdcə xərcləri ilə barışmaq lazım gələcək.

İnflyasiya ilə effektiv mübarizə aparmaq üçün adekvat pul-kredit siyasəti, təbii inhisarlar üçün məntiqli tariflər, balanslaşdırılmış dövlət büdcəsi olmalıdır.

Son xəbərlər
Digər xəbərlər