Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ötən ili 3 milyon 740 min manat zərərlə tamamlayıb. 2023-cü ildə İKTA-nın zərəri 864 min manat olub ki, bu da illik müqayisədə 4.3 dəfə çoxdur.
Banker.az İKTA-nın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat müddətində İKTA-nın inzibati xərcləri 3 milyon 654 min manat, maliyyə xərcləri 12 min manat, digər xərcləri 14 min manat, amortizasiya xərcləri 60 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə qurumun cəmi aktivləri 41% artaraq 281 min manat, cəmi öhdəlikləri 21 dəfə artaraq 1 milyon 389 min manat, cəmi kapitalı isə 8.4 dəfə artaraq 1 milyon 107 min manat olub.