14 C
Baku
Thursday, November 21, 2024

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin zərəri 1 mln. manata çatıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ötən ili də zərərlə tamamlayıb.

Banker.az İKTA-nın audit hesabatına istinadən xəbər verir ki, 2023-cü ili 864 min manat xalis zərərlə başa vurub. Qurum 2022-ci ildən 9 min manat zərərlə çıxmışdı.

Hesabat müddətində İKTA-nın gəlirləri 1 milyon manat, inzibati xərcləri 1 milyon 797 min manat, maliyyə xərcləri 6 min manat, digər xərcləri 6 min manat, amortizasiya xərcləri 47 min manat, mənfəət vergisi ödəmələri 8 min manat təşkil edib.

324234 1 1

XATIRLATMA!

İKTA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir, telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olaraq müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir.

Son xəbərlər
Digər xəbərlər