26 C
Baku
Wednesday, July 17, 2024

İnformasiya təhlükəsizliyi inzibatçısı – ExpressBank

Tələblər:

– Ali texniki təhsil;
– Bankda, İnformasiya təhlükəsizliyi sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
– Azərbaycan, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilmək;
– Bank əməliyyatlarının aparılması texnologiyalarını və bankın biznes-proseslərini ümumilikdə bilmək;
– Müxtəlif informasiya texnologiyalarından istifadə zamanı yaranan təhlükəsizlik risklərini və təhlükələri bilmək (o cümlədən, bank spesifikasını nəzərə almaqla);
– İnformasiya sistemlərinin müdafiəsi üsullarını bilmək (aşağıdakı texnologiyalar daxil olmaqla: zərərli koddan müdafiə, DLP, SIEM, informasiyanın icazəsiz daxilolmalardan qorunması vasitələri, təhlükəsizliyin təhlili skanerləri, IDS\IPS, şəbəkələr arası ekranlama vasitələri);
– Windows ailəsinin əməliyyat sistemlərini inzibatçı səviyyəsində bilmək, ESXi bilənlərə üstünlük verilir;
– İnformasiya təhlükəsizliyi sahəsində əsas beynəlxalq standartların (ISO 2700x seriyası və s.) tələblərini bilmək;
– Azərbaycan Respublikasının qanunvericiliyinin və Mərkəzi Bankın normativ sənədlərinin informasiya təhlükəsizliyi sahəsində tələblərini bilmək.

Vəzifə öhdəlikləri:

– İT-resurslarına giriş hüquqlarının verilməsinə və onların istifadəsinə nəzarət;
– İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
– İnformasiyanın kriptoqrafik qorunması vasitələri və kriptoqrafik açarlar ilə işin qurulması və ona nəzarət;
– İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində iştirak;
– Biznesin davamlılığını və fəaliyyətin bərpasını təmin etmək üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak;
– İT-infrastrukturu obyektlərinin (o cümlədən, avtomatlaşdırılmış bank sistemlərinin, informasiyanın qorunması vasitələrinin) həyat dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə iştirak;
– İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında iştirak;
– Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak.

 

https://www.expressbank.az/about-us/Vacancies/otpravit_rezyume.html

Son xəbərlər
Digər xəbərlər