9 C
Baku
Wednesday, December 4, 2024

İnformasiya Texnologiyaları idarəsinin rəisi – MBNP

İnformasiya Texnologiyaları idarəsinin rəisi

Namizədə dair tələblər

Təhsil: Tam ali təhsil (İqtisadiyyat, İT);

Xüsusi biliklər: AİS-in idarə edilməsi sahəsində müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər; informasiya sistemlərinin yaradılması üzrə layihələrin idarə edilməsi, texniki şərtlərin hazırlanması və müasir ofis proqram təminatları üzrə bilgilər; normativ-metodoloji bazanın yaradılması, informasiyaların idarəedilməsi və resursların planlaşdırılması üzrə bilgilər, İnsan resurslarının idarə edilməsi, əmək məcəlləsi və digər qanunvericilik aktları üzrə biliklər;

Təcrübə: Analoji sahə üzrə 5  il  iş təcrübəsi, 2 ilədək idarəetmə təcrübəsi

Dil bacarığı: Səlis Azərbaycan, ingilis və rus dili bilikləri;

Digər bacarıqlar: Strateji və taktiki planlaşdırma və büdcə proqnozlaşdırması, təkliflər irəli sürmə, liderlik, qərar qəbul etmə, innovativlik və koordinasiya bacarığı. Müqavilələrin imzalanması və sistemlərin texniki təsvirə uyğun olaraq tətbiq olunması istiqamətində təchizatçılarla əməkdaşlıq etmək bacarığı, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

 

İşin təsviri:

– İT idarəsinin işini təşkil edir və ona rəhbərlik edir;

– İT layihələrinin icrasına nəzarət edir;

– İT üzrə daxili qayda və təlimatların hazırlanmasını təmin edir;

– Sistem və verilənlər bazasının təhlükəsizliyini təmin edir.

– İdarənin texnologiyalarının mövcud vəziyyətini qiymətləndirir və kompüter və proqram təminatının inkişaf etdirilməsi ilə bağlı məsləhətlər verir;

– İnformasiya texnologiyaları sahəsində beynəlxalq təcrübənin tətbiqini həyata keçirir və nəzarət edir;

 

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər