“Biz bir çox infrastruktur obyektlərini tikirik. Lakin onların idarə edilməsini səmərəli həyata keçirə bilmirik”.
Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Özəl investor maraqlı olur ki, işin keyfiyyətli təşkil edilməsi ilə gəlirlərini artırsın”, – nazir vurğulayıb.