9 C
Baku
Sunday, November 17, 2024

ING 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2.8%, 2025-ci ildə 2.5%, 2026-cı ildə isə 2.8% səviyyəsində müəyyən edib.

Bu barədə şirkətin açıqladığı proqnozlarda bildirilir.

Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0.3 faiz bəndi artıb, gələn il üçün isə 0.2 faiz bəndi azalıb.

Hesabata əsasən, 2024-cü ilin ikinci rübündə ÜDM artımı 3.5%, üçüncü rübdə 2%, dördüncü rübdə isə 1.5% proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 1.7%, ikinci rübdə 2.5%, üçüncü rübdə 2.7 %, dördüncü rübdə isə 3% səviyyəsində nəzərdə tutulub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər