12 C
Baku
Saturday, November 23, 2024

ING 2024-2025-ci illərdə Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2.5%, 2025-ci ildə isə 2.7% səviyyəsində müəyyən edib.

Bu barədə şirkətin açıqladığı proqnozlarda bildirilir. Bu, “ING Group”un ötən ilin avqust ayında açıqladığı proqnozla müqayisədə dəyişməyib.

Hesabata əsasən, 2024-cü ilin birinci rübündə ÜDM artımı 4%, ikinci rübdə isə 2.5% proqnozlaşdırılır.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2.4%, 2025-ci ildə 2.9% səviyyəsində gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2.6%, 2025-ci ildə 2.8% təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda ÜDM istehsalının bu il 2.4%, 2025-ci ildə isə 2.5% artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2.5% olacağını proqnozlaşdırır. IMF 2024-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2.3% səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2.5% olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər