16 C
Baku
Friday, November 22, 2024

ING 2024-cü il üzrə Azərbaycanda inflyasiya proqnozunu açıqlayıb

Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4.5%, 2025-ci ildə 5.6% olacağını proqnozlaşdırır.

Bu barədə şirkətin açıqladığı proqnozlarda qeyd olunur ki, bu il üçün açıqlanan yeni proqnoz yanvar ayının 11-də açıqlanan proqnoza nisbətən 0.5 faiz bəndi azdır, gələn ilin proqnozu isə dəyişməyib.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6%, ikinci rübdə 1.9%, üçüncü rübündə isə 4.3% səviyyəsində gözlənilir.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4.7.%-ə qədər azalacağını, 2025-ci ildə 5% olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5.8%, 2025-ci ildə 5.2% təşkil edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər