16 C
Baku
Friday, April 19, 2024

ING: AMB bu il uçot dərəcəsini 7.5%-ə endirəcək

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu 0.5% bəndi azaldıb.

ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 8%-dən 7.5%-ə, 2025-ci ilin birinci rübü 7.75%-dən 7.25%-ə, 2025-ci ilin sonu üzrə 7%-dən 6.5%-ə endirib.

Qeyd edək ki, Mərkəzi Bank son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu ilin yanvar 31-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.00%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.0%-dən 8.75%-ə kimi azaldılıb. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını mart ayının 28-də açıqlayacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər