25 C
Baku
Wednesday, May 29, 2024

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 7%-ə kimi azaldacaq

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda uçot dərəcəsinin 2024-2025-ci illərdə azaldılmaqda davam edəcəyini proqnozlaşdırıb.

ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 7.5%-dən 7.0%-ə, 2025-ci ilin birinci rübü üzrə 7.25%-dən 6.75%-ə, 2025-ci ilin sonu üzrə 6.5%-dən 6.00%-ə endirib. Başqa sözlə, ING aprel ayının 11-də açıqladığı pul siyasəti ilə bağlı proqnozunu əvvəlki proqnoza nisbətən 0.5% bəndi azaldıb.

Qeyd edək ki, Mərkəzi Bank son dörd qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il martın 28-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%-dən 7.50%-ə, faiz dəhlizinin yuxarı həddi isə 8.75%-dən 8.50%-ə kimi azaldılıb, faiz dəhlizinin aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanılıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər