26 C
Baku
Saturday, July 27, 2024

ING Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

ING 2024-cü ilin ikinci rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2.5%, üçüncü rüb üzrə 2.0% müəyyən edib. İlin son rübü üzrə isə proqnozunu 1.5%-ə endirib.

Ümumilikdə isə korporasiya Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2.5%, 2025-ci ildə isə 2.7% müəyyən edib.

Qeyd edək ki, Dünya Bankı yenicə açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2.3%, 2025-ci və 2026-cı illərdə isə 2.4% səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1.2%, 2025-ci ildə isə Azərbaycanda 1.6% səviyyəsində iqtisadi artım gözləyir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər