Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu sabit saxlayıb.
ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu dəyişməyərək 8% müəyyən edib.
ING-nin proqnozuna görə, AMB yalnız, 2025-ci ilin birinci rübündə uçot dərəcəsini 7,75%-ə endirəcək, ilin sonunda isə bu, 7%-ə qədər azaldılacaq.
Qeyd edək ki, Mərkəzi Bank son iki qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə ötən il dekabrın 20-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə kimi azaldılıb. AMB bu il ilk dəfə yanvarın 31-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.