10 C
Baku
Wednesday, December 11, 2024

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7%-dək azaldacaq

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu açıqlayıb.

ING-nin proqnozuna görə, Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 9%-dən 8.5%-dək (əvvəlki proqnozla eynidir) azaldacaq.

ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq. Korporasiyanın proqnozuna görə, 2024-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8.0%-ə, 2025-ci ildə isə 7.0%-dək azaldacaq. Qeyd edək ki, ING-nin 2024-2025-ci illər üzrə müəyyən etdiyi proqnoz əvvəlki proqnozdan 0,25% azdır. Belə ki, korporasiya ötən ay bu rəqəmləri müvafiq olaraq 8.25% və 7.25% olaraq müəyyən etmişdi.

Xatırladaq ki, AMB-nin son qərarına əsasən Azərbaycanda uçot dərəcəsini 9.0%, faiz dəhlizinin aşağı həddini 7.5%, yuxarı həddini isə 10.0% müəyyən edib.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər