Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-2025-ci illərdə uçot dərəcəsini 7 % səviyyəsində proqnozlaşdırıb.
Bu, daha əvvəl açıqlanan proqnoza nisbətən həm bu il, həm də gələn il üçün 0,5 faiz bəndi çoxdur.
“ING Group” 2026-cı ilin sonuna Azərbaycanda uçot dərəcəsinin 7,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti bu ilin iyulun 31-də uçot dərəcəsinin 7,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 %-də, yuxarı həddi isə 8,25 %-də saxlanılıb. Növbəti qərar sentyabr ayında gözlənilir. “ING Group” uçot dərəcəsinin bu iclasda 7 %-ə enəcəyini proqnozlaşdırır.