4 C
Baku
Monday, January 13, 2025

ING Azərbaycanda 2025-2026-cı illərdə uçot dərəcəsinə dair gözləntilərini açıqlayıb

Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ildə uçot dərəcəsini 7,25 %, 2026-ci ildə isə 7,75 % səviyyəsində proqnozlaşdırıb.

Şirkətin açıqladığı proqnozlara əsasən, bu, daha əvvəl açıqlanan proqnoza nisbətən müvafiq olaraq 0,25 faiz bəndi çoxdur.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti ötən il dekabrın 18-də uçot dərəcəsinin 7,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 %-də, yuxarı həddi isə 8,25 %-də saxlanılıb.

AMB-nin bununla bağlı növbəti qərarı yanvar ayında verəcəyi gözlənilir. “ING Group” bu iclasda uçot dərəcəsinin 7,25 % olacağı ilə bağlı qərar veriləcəyini proqnozlaşdırır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər