9 C
Baku
Friday, December 13, 2024

ING Azərbaycanda inflyasiya proqnozunu açıqlayıb

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING Azərbaycanda 2024-2025-ci illər üzrə inflyasiyanın daha da azalacağını proqnozlaşdırıb.

Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 4.4%-dən 3.1%-ə, 2025-ci ildə 5.5%-dən 3.8%-ə endirib. Bu il və gələn il üçün açıqlanan yeni proqnoz mart ayında açıqlanan proqnoza nisbətən müvafiq olaraq 1.3% və 1.7% bəndi azdır.

Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 1.2%, üçüncü rübdə isə 2.7%, dördüncü rübdə isə 4.2% səviyyəsində gözlənilir.

Qeyd edək ki, Dünya Bankının yeni açıqladığı hesabatına əsasən Azərbaycanda 2024-cü ildə illik inflyasiyanı 3%, 2025-ci ildə 3.5%, 2026-cı ildə isə 4% proqnozlaşdırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər