9 C
Baku
Thursday, December 12, 2024

ING Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.

ING 2023-cü ilin dördüncü rübü istehlak qiymətləri indeksinin 3.6%-dən 3.3%-ə, 2023-cü il üzrə isə 9.2%-dən 9.1%-ə enəcəyini proqnozlaşdırıb.

Korporasiya hesab edir ki, qarşıdakı iki ildə Azərbaycanda inflyasiya daha da azalacaq. Belə ki, ING 2024-cü ildə inflyasiyanın 5.0%, 2025-ci ildə isə 5.6% təşkil edəcəyini proqnozlaşdırıb.

Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9.5%, 2024-cü il üçün 5.3%, 2025-ci il üçün 4.9% təşkil edəcəyini açıqlayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər