20 C
Baku
Monday, March 31, 2025

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır.

Bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group”up hesabatında qeyd edilib.

Bundan əvvəl ING 2024-cü il üçün 5,2 %, 2026-cı il üçün isə 4,9 % inflyasiya proqnozlaşdırırdı. Lakin yeni hesabata əsasən, fiskal siyasətin yumşaldılması 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9 %-ə, 2025-ci ilin əvvəlində isə 5,4 %-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub.

Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar əsas faiz dərəcəsini 7,25 % səviyyəsində saxlayıb. AMB istehlak qiymətləri indeksinin 2025-ci ilin sonuna qədər illik 5,5 %-ə çatacağını, 2026-cı ildə isə inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. Bu da bankın orta müddətdə inflyasiyanı 4±2 % hədəf diapazonunda saxlamaq niyyətini əks etdirir.

ING-nin ekspertləri AMB-nin bu ssenarisini real hesab edir:

“2025-ci ilin ikinci rübündə istehlak qiymətləri müvəqqəti olaraq 6 %-i keçərsə, bunun kiçik və qısamüddətli bir artım olacağını istisna etmirik”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər