6 C
Baku
Sunday, December 15, 2024

ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üzrə inflyasiya proqnozunu kəskin azaldıb.

“ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 3.1%-dən 1.6%-ə endirib. Bu isə korporasiyanın aprel proqnozu ilə müqayisədə 1.5% bəndi azdır. ING 2025-ci ildə inflyasiya proqnozunu 3.8%, 2026-cı il üzrə isə 4.2% müəyyən edib.

Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0.1%, üçüncü rübündə 1.3%, dördüncü rübündə isə 2.6% səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-aprel ayları üzrə inflyasiyanın 0.7% olduğunu açıqlayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər