18 C
Baku
Tuesday, April 23, 2024

ING bu il üçün Azərbaycanda inflyasiya proqnozunu azaldıb

Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 5%, 2025-ci ildə – 5.6% olacağını proqnozlaşdırır.

Bu barədə şirkətin məlumatında bildirilir. Bu, ötən ilin avqust ayında açıqlanan proqnoza nisbətən bu il üçün 1 faiz bəndi azalıb, gələn il üçün isə dəyişməyib.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6.2%, ikinci rübdə isə 2.6% səviyyəsində gözlənilir.

İqtisadiyyat Nazirli 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4.7%-ə qədər azalacağını, 2025-ci ildə 5% olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5.8%, 2025-ci ildə 5.2% təşkil edəcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər