Niderlandın ING Group şirkətinin proqnozlarına görə, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq 5% və 8,9% səviyyəsində olacağı gözlənilir.
Beləliklə, ING 2026-cı il üzrə inflyasiya proqnozunu aşağı salıb, belə ki, əvvəlki hesabatda bu göstərici 5,3% təşkil edirdi.
2026-cı il üçün rüblük proqnoz aşağıdakı kimidir: I rüb – 5,1%, II rüb – 5%, III rüb – 4,8%, IV rüb – 5,1%.
2027-ci il üçün rüblük proqnoz: I rüb – 8,3%, II rüb – 9,3%, III rüb – 9,2%, IV rüb – 9%.
Şirkətin hesablamalarına əsasən, 2025-ci ildə ölkədə inflyasiya 5,6% təşkil edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin dekabr ayında ölkədə istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 105,2% olub. O cümlədən, ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4%, qeyri-ərzaq məhsulları üzrə 102,5%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 105,7% təşkil edib.
2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,8%, yanvar–dekabr ayları üzrə isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,6% olub.






