21 C
Baku
Thursday, October 17, 2024

ING: Neftin qiyməti 95 dollara qədər yüksələcək

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

ING-nin proqnozuna görə, “Brent” markalı neftin barelinin qiyməti bu ilin üçüncü rübündə 86 dollar, ilin sonunda isə 92 dollar təşkil edəcək. ING hesab edir ki, neftin qiyməti 2024-cü ilin ilk rübündə 95 dollara qədər yüksələcək.

Maliyyə korporasiyası ümumilikdə neftin orta illik qiymətini 2023-cü il üçün 84 dollar, 2024-cü il üçün 89 dollar, 2025-cü il üçünsə 75 dollar proqnozlaşdırıb.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər