2 C
Baku
Saturday, December 14, 2024

İngilis avtomobilləri: məşhur markalar və onların tarixi

İngilis avtomobilləri – ağlımızda qarışıq assosiasiyalar yaradan bir ifadədir. Bir tərəfdən, britaniyalılar həmişə dəbli və bahalı avtomobillər yaratmaqda mahir olublar, amma digər tərəfdən, bir çoxumuz ingilis avtomobilləri haqqında müxtəlif miflər eşitmişik. Bu səbəbdən Britaniya brendlərinin əksər bahalı avtomobilləri təkrar bazarda dəyərini çox tez itirir. Ancaq eyni zamanda, bütün çatışmazlıqlara baxmayaraq, bir çoxları üçün onlar hələ də xəyalların mövzusu olaraq qalır.

Britaniya istehlakçıları həmişə vətəndə sabit tələbata malik olublar, lakin onlar üçün xarici avtomobillərə müqavimət göstərmək və ixrac bazarlarında alıcıların ürəyi uğrunda mübarizə aparmaq çox çətin olub. Nəticə etibarilə, son 130 ildə əsası qoyulmuş 500-dən çox Britaniya brendindən yalnız bir neçəsi bu günə qədər sağ qalıb.

Aston Martin

Demək olar ki, 110 illik tarixi ərzində “Aston Martin” dəfələrlə sahibini dəyişib və hətta iflas prosedurundan keçib. Lakin bu, onun “Lagonda” sedanı kimi cəsarətli layihələr yaratmağa və qlobal elektrikləşmə dövründə güclü benzin mühərrikli klassik modellərə sadiq qalmağa mane olmayıb.

Bu gün şirkət sportkarlar (DB11 və DBS), hiperkarlar (Valkyrie), o cümlədən krossoverlər (DBX) buraxır. Qeyd edək ki, “Aston Martin” də tədricən iri mühərriklərdən imtina edərək hibrid elektrik modellərə keçməyə məcbur olub.

Aston Martin 2017 Henley Royal Regatta DB11 Wine 538326 2048x1152

Bentley

1919-cu ildə əsası qoyulan “Bentley” ömrünün çox hissəsini iki marka altında lüks avtomobillər istehsal edən “Rolls-Royce”a məxsus olub. “Bentley” markası mühafizəkar “Rolls-Royce” markasından fərqli olaraq idman imicinə malik olduğundan, korporativ iyerarxiyada həmişə bir pillə aşağı dayanıb. 1990-cı illərin sonunda iki şirkətin yolu ayrılıb: “Bentley” “Volkswagen”ə, “Rolls-Royce” isə “BMW”yə keçib.

Bu gün “Bentley” markası “Audi”nin idarə etdiyi daxili bölmənin bir hissəsidir.

Bentley 2018 Continental GT Wine color 577994 1280x853

Caterham

“Caterham” şirkətinin tarixi 1950-ci illərin sonlarından başlayıb. İnkişafının ilk mərhələlərində istehsalçı “Lotus” adlı minik idman avtomobillərinin satışı ilə məşğul olub. Şirkət Britaniyada kit-karları (konstruksiya cəhətdən sadə olan avtomobillər) populyarlaşdıran istehsalçılardan biri olub.

Əslində, bu model hələ də “Caterham”ın avtomobil xəttinin əsasını təşkil edir. Eyni zamanda, şirkət avtomobili fərdiləşdirməyə imkan verən unikal təkliflər yaradıb. Və görünür, önümüzdəki illərdə “Caterham” bu konsepsiyaya sadiq qalmağı düşünür.

02a4830299ba33bc2b36305eed15aac2

Jaguar Land Rover

Zahirən bir-birinə bənzəməyən “Jaguar” və “Land Rover” markalarının hekayələri də müxtəlif dövrlərə təsadüf edir. “Jaguar” adı ilk dəfə 1930-cu illərin ortalarında bahalı idman avtomobilləri istehsal edən “SS Cars” avtomobilləri sırasında səslənib. Untilitar “Land Rover” isə müharibədən sonrakı dövrdə, Britaniyanın sadə dörd təkərli maşınlara ehtiyac duyduğu bir vaxtda meydana gəlib.

Uzun müddət iki şirkətin bioqrafiyası bir-birindən asılı olmayaraq inkişaf edib. 2008-ci ildə “Jaguar” və “Land Rover” Hindistan konserni “Tata”nın idarəçiliyi altına keçib və beş il sonra “Jaguar Land Rover”ə birləşib.

5

McLaren

“McLaren”in əsası 1985-ci ildə qoyulmasına baxmayaraq, onun ilk yol avtomobili mühəndis Qordon Mürreyin üzərində işlədiyi üçyerlik  “McLaren F1” 1992-ci ildə debüt edib.

Şirkətin tarixindəki cari fəsil 2011-ci ildə yeni “MP4-12C” modeli ilə başlayıb. Bu gün “McLaren” əsasən “GT” və “Artura” sportkarlarını, “720S” və “765LT” superkarlarını v “Ultimate” modelini istehsal edir. Təəssüf ki, ingilis avtomobil istehsalçılarının əksəriyyəti uzun fasilədən sonra bu seqmentdə nəinki uğur qazana, hətta əvvəlki mövqeyinə belə qayıda bilmir.

mclaren superkar r1 doroga p1

Morgan

1910-cu ildə əsası qoyulan “Morgan” 1930-cu illərə qədər dizaynları ilə dünyanın ən mühafizəkar avtomobil istehsalçılarından biri olub. Son bir neçə ildə kuzov karkasında həqiqi ağac elementləri olan platformanı alüminium arxitektura əvəz edib və artıq taxtadan yalnız bəzək kimi istifadə olunur.

“Morgan” dünyanın müxtəlif biznes sektorlarından iyirmiyə yaxın firmanın səhmlərinə sahib olan “Investindustrial” şirkətinə məxsusdur.

avtomobil retro na vystavochnom fone

Rolls-Royce

Milyonlarla avtomobil həvəskarı üçün gerçəkləşməyən arzu olan avtomobil 1904-cü ildə Çarlz Stüart Rolls və Frederikin əməkdaşlığı ilə yaradılan “Rolls-Royce” sayılır.  Qeyd edək ki, inkişafının ilk illərindən sonra şirkət onilliklər boyu təyyarə mühərrikləri istehsal edib.

Bununla belə, “Rolls-Royce”, əlbəttə ki, avtomobillər də buraxıb. Xatırladığımız kimi, 1931-ci ildən bəri konsern “Bentley” ilə birləşib. 1970-ci illərin əvvəllərində şirkət yüksək xərclər səbəbindən maliyyə çətinliyi ilə üzləşib. Bu gün “Rolls-Royce” istehsalını qismən “BMW” ilə bölüşür.

1200x800

Son xəbərlər
Digər xəbərlər