Beynəlxalq kredit dərəcələndirmə təşkilatı Standart & Poor’s (S&P) İngiltərədəki 7 bankın reytinqini aşağı salıb.
Agentlik “Barclays”, “Clydesdale Banks”, “HSBC Holdings”, “Lloyds Banking Group”, “Nationwide Building Society” və “Santander UK Group Holdinq”in reytinqini “sabit”dən “mənfi”yə, “Royal Bank of Scotland Group”un reytinqini isə “müsbət”dən “sabit”ə endirib.
Adı çəkilən bankların kredit notlarının qorunduğu irəli sürülən hesabatda qeyd edilir ki, İngiltərənin Avropa Birliyindən ayrılması (Brexit) ölkənin iqtisadi vəziyyətiylə bağlı riskləri artırıb. Bu da İngiltərədə bank sektoruna mənfi təsir edir.
Bildirək ki, daşınmaz əmlakın qiymətindəki eniş İngiltərə iqtisadiyyatına mənfi təsir edib.
—Publika.az