13 C
Baku
Friday, April 26, 2024

İngilis cinayətkarlar qrupu Çexiya banklarından 54 mln. avro oğurlayıb

İngiltərədə yerləşən mütəşəkkil cinayətkarlar qrupu saxtakarlıq yolu ilə Çexiyanın iki bankından və bir sığorta şirkətindən 1.4 milyard kron (təxminən 54 milyon avro) oğurlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.

Dələduzlar bu vəsaiti polad tədarükü üçün saxtalaşdırılmış müqavilələrin veksellərinə xərcləyiblər. Polislərin verdiyi məlumata görə, bu cür hadisələrin sayı 21-ə çatır. Hər dəfə maliyyə təşkilatları kibercinayətkarlara görə on milyonlarla kron itirir.

Şübhəlilərdən dördü Çexiyadadır. Onlardan üçü Çexiyanın, biri isə xarici dövlətin vətəndaşıdır. Onlara qarşı bank və sığorta əməliyyatlarında böyük fırıldaqçılıq ittihamı irəli sürülüb.

Çexiyanın polis əməkdaşları britaniyalı həmkarları ilə birlikdə beynəlxalq mütəşəkkil cinayətkar qrupunun üstünü açıb. Banklarda və sığorta şirkətlərində genişmiqyaslı fırıldaqçılıq faktları ilk dəfə 2013-cü ildə üzə çıxıb, 2017-ci ildə artıq istintaqa başlanılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər