2 C
Baku
Saturday, December 14, 2024

İngilis funt-sterlinqi dollara qarşı dəyər itirməkdədir

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) aqressiv faiz artımları ilə bağlı siqnalları avro ilə adətən korrelyasiya edən ingilis funt-sterlinqini 2020-ci ilin yayından bu tərəfə ən aşağı həddə qədər ucuzlaşdırıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə GBP/USD cütlüyünün məzənnəsi 0.0137 yaxud 1.06% ucuzlaşmaqla 1.2891 səviyyəsinə düşüb.

İngilis pulunun ucuzlaşmasında fundamental olaraq əsas amil ölkədə iqtisadi göstəriclərin zəifləməsi və inflyasiya rəqəmlərinin yüksəlməsinə baxmayaraq, İngiltərə Mərkəzi Bankının faiz artımı ilə bağlı müəyyən çərçivədə hərəkət edə bilmə imkanıdır.

PMİ (Xidmət sahəsində biznes aktivliyi indeksi) bu gün 59 bənd gözlənilditi halda, 55.3 bəndə düşüb.

FED faizləri növbəti iclaslarda 500 baza bəndi artıracağı halda, İngiltərə Bankının isə növbəti aylarda faiz artımı ilə bağlı niyyətinin olmadığı ortadadır.

Bununla bərabər EUR/USD cütlüyündə də 0.38% enişlə 1.0795 səviyyəsinə düşüb.

tvc cd29d9759072bae3f268dffe765ee711

Son xəbərlər
Digər xəbərlər