8 C
Baku
Wednesday, October 30, 2024

İngilis funtu 20 aylıq minimuma düşdü

Funtun aşağı düşməsindən dollar qazandı

Böyük Britaniyanın baş naziri olan Tereza Mey Brexit məsələsinə aid səsverməni təxirə salması qərarı milli valyutanın dəyərdən düşməsinə gətirib çıxardı. Banker.az “Vesti Ekonomika”ya istinadən xəbər verir ki, Böyük Britaniyanın AB-ni ümumiyyətlə heç bir razılaşma əldə etmədən tərk etməsi riski sərmayəçiləri qorxuzdu.

Nəticədə, ingilis funtu 2017-ci ildən bəri ən aşağı qiymətə düşüb – bir funt $1,2507 bərabərdir.

Lakin, funtun bu qədər dəyərdən düşməsi dollar üçün sərfəli şərait yaradıb.

“ABŞ-da gəlirliliyin aşağı düşməsi nəticədə dollarların  dəyərdən düşməsinə səbəb olacaq, amma yəqin ki, indi yox”, – deyə IG Securities-in valyuta strategisti və analitiki Cunyiti İsikava bildirib.

Baş vermiş hadisədən avro da qazanmış oldu, hal – hazırda bir avro $1,1365 bərabərdir. Avropanın vahid valyutası Fransada baş verən iğtişaşların göstərdiyi  təzyiqlərə baxmayaraq, funta qarşı da öz mövqeyini möhkəmləndirib.

Son xəbərlər
Digər xəbərlər