20 C
Baku
Sunday, April 14, 2024

İngiltərə Bankı III Çarlzın təsviri olduğu əsginaslar təqdim edib

İngiltərə Bankı 5, 10, 20 və 50 funt sterlinq nominalda III Çarlzın təsviri olduğu əsginaslar təqdim edib. Məlumata görə, əsginasların üz tərəfində kralın portreti əks olunacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni əskinasların 2024-cü ilin ortalarında dövriyyəyə buraxılması gözlənilir. Kraliça II Elizabetin portreti olan bütün əsginaslar hələ də ödəniş vasitəsi olaraq qalır və Britaniya vətəndaşları tərəfindən istifadə olunur.

III Çarlz – Britaniya əsginaslarında əks olunan ikinci monarxdır. Ondan əvvəl əsginaslarda yalnız II Elizabet təsvir edilib. Xatırladaq ki, bu ilin 8 sentyabr tarixində Böyük Britaniya kraliçası II Elizabet vəfat edib və ölkənin yeni kralı III Çarlz elan edilib.

Son xəbərlər
Digər xəbərlər