16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

İngiltərə bankının əməkdaşları tətil elan edib

İngiltərə bankının əməkdaşları 50 ildə ilk dəfə əmək haqqlarının artırılması tələbi ilə tətil elan edib.

Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, çərşənbə axşamı elan edilən 3 günlük tətil İngiltərə bankının direktorlar şurasının iclası ilə eyni zamanda baş tutacaq ki, sözügedən bu iclasda əsas faiz dərəcəsi ilə bağlı qərar qəbul edilməlidir.

Aksiyada xidməti personal və bankın təhlükəsizlik xidmətinin əməkdaşları iştirak edir.

Unite həmkarlar ittifaqına daxil olan əməkdaşlar bildirib ki, onlar bankın həmkarlar ittifaqı ilə razılaşmadan təyin etdiyi “gülünc” əmək haqqına qarşı etiraz edirlər.

Həmkarlar ittifaqından verilən məlumata görə, tətil elan edilməsinin lehinə səs verən əməkdaşların bir çoxu ildə 26,5 min dollardan az maaş əldə edir. Bununla belə, İngiltərə bankının nümayəndəsinin verdiyi məlumatda deyilir ki, Unite aksiyasında əməkdaşların təqribən 2%-i iştirak edir.

Qeyd edək ki, tənzimləyicinin ştatına təqribən 3600 nəfər daxildir.

Son xəbərlər
Oxşar xəbərlər