İngiltərə bankları Avropada tənəzzül qorxusu yarandığından dividend ödəməkdən imtina etdilər

Barclays, Santander, Lloyds, NatWest, Standard Chartered və HSBC 2020-ci ildə dividend ödəməyəcəklərini təsdiqlədi.

Banker.az xəbər verir ki, ötən həftə Avropa Mərkəzi Bankı (ECB) bankları oktyabr ayına qədər dividend ödəmələrindən və səhm alışından çəkinməyə çağırdı.

ABŞ-ın ən böyük kreditorlarından bəziləri İngiltərə Bankının (BOE) təzyiqindən sonra səhmdarlara milyardlarla funt ödəmələrin kəsilməsinə razılıq veriblər.

Mərkəzi bankın Prudensial Tənzimləmə Təşkilatı (PRA), Britaniya kommersiya banklarını koronavirus pandemiyası nəticəsində ehtimal olunan tənəzzül zamanı iqtisadiyyatı dəstəkləmək üçün kapital qorumağa çağırdıqdan sonra bu banklar dividend ödəməyəcəklərini təsdiq etdilər.

“Bu gün qəbul edilən qərarlar səhmdarların divident almamaları ilə nəticələnsə də, bankların tənəzzül dövründə bütövlükdə iqtisadiyyatı dəstəkləməsində oynadığı unikal rolu nəzərə alaraq, ağlabatan bir addımdır” – bu barədə PRA-nın açıqlamasında bildirilir.