14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

İngiltərə öldürülmüş İran generalına qarşı sanksiyaları uzadır

faizlere

İngiltərənin Maliyyə Nazirliyi Amerikanın görsətişi ilə Bağdad hava limanında öldürülmüş İran generalı Qasım Süleymaniyə qarşı sanksiyaları uzadıb.

Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.

Agentliyin yayımladığı sənədə görə, Süleymani ilə yanaşı terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən daha dörd iranlıya qarşı sanksiyalar uzadılıb.

Yazıda bildirilir ki, Süleymani öldürüldüyü andan İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” bölməsinin komandiri deyil. Qeyd edildiyi kimi, Süleymaninin adı sanksiyalar siyahısından çıxarılmayıb. Əslində bu o deməkdir ki, generalın dondurulmuş bank hesabları elə də qalacaq və heç kim onlardan istifadə edə bilməyəcəkdir.

Xatırladaq ki, Qasım Süleymani 2020-ci ilin 3 yanvar tarixində, ABŞ-ın göstərişi ilə Bağdad hava limanında öldürülüb. Əməliyyatın həyata keçirilməsi qərarı Tramp tərəfindən qəbul olunub, bununla bağlı Konqres ilə heç bir müzakirə aparılmayıb.

İranın xarici işlər naziri Cavad Zərif bildirir ki, Süleymaninin öldürülməsindən sonra Tehran və Vaşinqton müharibəyə başlamağa hazır idilər. Bununla yanaşı o qeyd edir ki, Bağdad yaxınlığındakı amerikan bazalarına hücum etməyin əsas məqsədi ABŞ-a Tehranın öz vətəndaşlarının ölümünə cavab verə bilməsini sübut etmək idi.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər