22 C
Baku
Thursday, September 29, 2022

İngiltərə Parlamentinin “Parlamentin deqradasiyası” karikaturası rekord məbləğə satıldı

Böyük Britaniya əsilli sənətçi Banksy-nin karikaturası 12 milyon dollara satılıb. Qeyd edək ki, şəkildə İngiltərə Parlamentinin iclası təsvir edilmişdir.

Banker.az xəbər verir ki, bu məlumat “Sotheby’s” auksion evinin saytında yerləşdirilib.

“Develved Parlament” (Parlamentin deqradasiyası) adlı karikaturada parlament zalında əyləşmiş şimpanzelər təsvir edilib. Qeyd edildiyi kimi, şəkilin ölçüsü 4*2,5 m təşkil edir.

Xatırladaq ki, sentyabrın əvvəlində Parisdə Banksy-nin digər bir əsəri oğurlanmışdır. İtkin düşmüş qrafiti üzərində siçan təsvir edilmişdir. Keçən yay sənətçi bu şəkili öz “Instagram” səhifəsində paylaşaraq yazmışdır: “1968-ci ildə Parisdəki qiyamdan 50 il sonra. Müasir ekran sənətinin vətəni”.

 

Son xəbərlər
Oxşar xəbərlər