26 C
Baku
Saturday, July 27, 2024

İngiltərə və İtaliya karantin tədbirlərini yumşaldır

İngiltərənin baş naziri Boris Conson, Covid-19 koronavirusunun yayılması fonunda ölkədə tətbiq olunan tədbirlərin yumşaldılacağını elan edəcək.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Telegraph” yazır.

Qeyd edildiyi kimi, baş nazir mayın 7-də planlaşdırılan yumşaldılmanı bir qədər sürətləndirəcək. Qəzetin verdiyi məlumata görə, aprelin 27-də Conson sağalandan sonra ilk görüşünü keçirəcəkdir. Nazir karantin tədbirlərinin yumşaldılması barədə yekun qərarı mütəxəssislərlə məsləhətləşəndən sonra qəbul edəcək.

İngiltərədə Covid-19 koronavirusunun martın 23-də pandemiya elan edildikdən sonra karantin rejimi tədbiq edilmişdir. Sakinlərə iki nəfərdən çox toplaşmaq qadağan edildi, mağazalar, kitabxanalar, uşaq meydançaları, idman zalları və digər müəssisələr fəaliyyətini dayandırdı.

Qeyd edək ki, İtaliya da karantin tədbirlərini yumşaldır. Aprelin 26-da İtaliyanın baş naziri Cuzeppe Konte virusla mübarizənin ikinci mərhələsinin başlandığını elan etdi. Onun sözlərinə görə, yumşaldıcı tədbirlər mayın 4-də qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər