19 C
Baku
Friday, October 7, 2022

İngiltərədə COVID sona çatır – testi pozitiv çıxan da karantinə alınmayacaq

İngiltərədə 24 marta qədər nəzərdə tutulmuş koronavirusla bağlı məhdudiyyətlərin hamısının bir ay əvvəldən aradan qaldırılacağı açıqlandı. Buna görə test nəticəsi pozitiv çıxan şəxs artıq karantinə alınmayacaq.

Banker.az xəbər verir ki, dünən Parlamentdə millət vəkillərinə müraciət edən Baş nazir Boris Conson nəticələr bu cür davam edərsə mövcud məhdudiyyətlərin bir ay əvvəldən aradan qaldırılacağını bildirib. Testi pozitiv çıxanların 5 günlük karantin məcburiyyəti də aradan qalxacaq. Hökümətin 21 fevralda “COVID-lə həyat” strategiyasın da elan etməsi gözlənilir. Digər tərəfdən, İngiltərəyə gələnlər üçün tətbiq edilən qaydalar da yumşaldılıb. Bu gündən etibarən ölkəyə gələn peyvənd olunmuş şəxslərdən PCR testi tələb olunmayacaq, peyvənd olunmadan gələnlərin də karantində qalma məcburiyyəti aradan qaldırılsa da, onlardan test tələb olunacaq.

Son xəbərlər
Oxşar xəbərlər