28 C
Baku
Saturday, July 27, 2024

İngiltərədə dünyanın ən böyük banklarını məhkəməyə veriblər

Böyük Britaniyada dünyanın ən böyük maliyyə qurumlarını məhkəməyə veriblər. İttihamlar “JMorgan Chase & Co”, “UBS Group AG”, “Barclays Plc” və “Citigroup Inc”-ə qarşı irəli sürülüb.

Banker.az xəbər verir ki, kollektiv iddianın müəllifləri pensiya fondları, “hedge” fondlar və korporasiyalar olub. Onların nümayəndələri qeyd olunan bankların valyuta məzənnələri ilə manipulyasiyada günahlandırıblar. Maliyyə təşkilatlarından itkiləri kompensasiya etmək tələb olunur. Bloomberg agentliyinin verdiyi məlumata görə, iddianın məbləği bir milyard funt sterlinqə çatır.

Son xəbərlər
Digər xəbərlər